Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş nazir Viktor Orbandan kömək istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
“Biz sağ qalmaq üçün mübarizə aparırıq. Çox istərdik ki, Macarıstanın baş naziri bizi dəstəkləsin və ya ən azı bizə mane olmasın”, – Zelenski vurğulayıb.
Noyabrın 4-də Orban bəyan edib ki, Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləməyəcək.
Əliyar Xəlil
Globalinfo.az