Zelenski Baydeni buna məcbur edir – “Vaşinqton Post”

Zelenski ABŞ-ı Vaşinqtonun maraqlarına zidd qərarlar qəbul etməyə məcbur edir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post”dakı məqaləsində amerikalı icmalıçı Devid İqnatius çıxış edib.

“Gəlin Vaşinqtonla Kiyevin münasibətləri barədə fikirləşək. Zelenski öz himayədarı olan gücü ABŞ-ın maraqlarına uyğun olmayan fəaliyyətlər həyata keçirməyə məcbur edir” – deyə o bildirib.

İqnatius həmçinin Baydeni ABŞ-ın maraqlarını müdafiə etməyə və nüvə konfliktinə yol verməməyə çağırıb.

İlkin
Globalinfo.az