AA 20260805 42148295 42148290 CUMHURBASKANINA SUIKAST GIRISIMINDE BULUNAN TIMDEKI FETO UYESI KARATEPE TUTUKLANDI 11

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Nazir bildirib ki, görüş zamanı AzərbaycanUkrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.

Ceyhun Bayramov Prezident Volodimir Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.

Nazir, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.

***20:23

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Prezident Volodimir Zelenski ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial media hesabında məlumat yayıb.

“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından sonra nazirin Ukraynaya ilk səfəridir. O, səfərinə İrpindən başlayıb, burada Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə ölkəmizə gələrək bizi dəstəkləməyinizə görə çox minnətdarıq. Xalqımızla həmrəyliyinizə görə təşəkkür edirəm.

Mən onu Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumatlandırdım. Biz diplomatik sahədə yüksək səviyyəli təmasları, müdafiə sahəsində tərəfdaşlığı, həmçinin energetika, neftqaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdik.

Ukraynaya göstərdiyi dəstəyə, enerji və humanitar yardıma, eləcə də konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”, – Zelenski qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: