Zelenski açıqladı: İlin sonuna qədər bu qədər rus əsgəri öləcək

İlin sonuna qədər Ukraynada öldürülən rusiyalı hərbçilərin sayı 100 min nəfərə çatacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiya bu il təkcə 100 min hərbçisini itirəcək, ancaq Tanrıya bəllidir ki, daha nə qədər muzdlu öləcək. Ukrayna ayaq üstə qalacaq. Dünya hər şeyi edəcək ki, bu müharibədə günahkar olan hər kəs müttəhimlər kürsüsündə otursun”, – o bildirib.

Zelenski həmçinin cəbhədə vəziyyətin çətin olduğunu, Rusiyanın böyük itkilərə baxmayaraq Donetsk və Xarkov vilayətində hücuma cəhd etdiyini qeyd edib.

İlkin
Globalinfo.az