Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyanın həbs müddətinin uzadılmasını və “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsini şərh edib.
Globalinfo.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, bu məsələni Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasa da ünvanlamaq yerinə düşər:
“Kallas indi Ermənistana necə yaşamağı öyrədir. Bəs Samvel Karapetyanın həbsi ilə bağlı onun münasibəti necədir? Məncə, bu məsələ ilə bağlı onun fikirlərini eşitmək çox aktual olardı. Əgər Ermənistanın necə qurulmalı olduğunu bilirsə, bu sualı da cavablandırmalıdır. Amma siz əvvəlcədən ona Karapetyan haqqında məlumat göndərin. Görək, buna cavabı varmı. Amma mən mütləq cavab verəcəm”, — deyə Zaxarova bildirib.
O vurğulayıb ki, xaricdə olan Rusiya vətəndaşlarının və bizneslərinin maraqlarının müdafiəsi Rusiya tərəfi üçün həmişə prioritet olaraq qalacaq.
Əliyar Xəlil