Cəlal Şəngördən dəhşətli proqnoz: dəniz partlayacaq, 60 km-də hər kəs öləcək

“Qara dəniz partlayacaq və 60 kilometr məsafəsində olan heç bir canlı sağ qalmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib.

“Qara dənizin daxilində qazlar var, bunlar getdikcə suyun səthinə çıxacaq. Oksigen isə azalır. Bu səbəbdən Qara dənizdə partlayış olacaq. 60 kilometr yaxınlıqda yerləşən heç bir canlı sağ qalmayacaq. Bunu coğrafiyadan məlumatı olan hər kəs bilir. Bu, dənizin sahilində insanların məskunlaşdığı İstanbul, Varna, Odessa kimi şəhərlər üçün təhlükəlidir. Partlayış bir neçə yüz il ərzində gerçəkləşəcək, amma dəqiq tarix bəlli deyil, araşdırmamışam”, – geoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az