Zaxarova: “Ermənistanın bu addımı ciddi suallar doğurur”

“Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tandığını açıqladıqdan sonra Rusiyanın və bölgədəki sülhməramlıların səylərinin yetərsiz olduğuna dair iddialar ikiqat mənasız görünür”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN sözçüsü hazırda Laçın postunu keçmək üçün gözləyən TIR-lardan danışıb:

“Ermənistan rəhbərliyi bir sıra vacib məsələlərdə qeyri-müəyyən mövqe sərgiləyir. Onların hər şeyi şübhə altına almaq cəhdləri bəzi böyük sualların meydana gəlməsinə səbəb olur.

Humanitar yüklərin daşınmasına dair Azərbaycanla razılıq əldə olunmayıb. Amma Rusiya sülhməramlıları iki tərəf arasında əlaqələrin yaradılması və problemin həlli üçün fəal şəkildə çalışırlar. Düşünürəm ki, yaxın zamanda bütün bu səylər öz bəhrəsini verəcək”.

Tahir Turan
Globalinfo.az