Zakir Həsənov Yaşar Gülərlə görüşdü – FOTO

Türkiyə yeni milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüş keçirib.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri çərçivəsində baş tutub.

Zakir Həsənov Türkiyənin yeni milli müdafiə naziri ilə görüşüb