Zakir Həsənov xüsusi təyinatlıların təlimini izlədi – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksəkçinli zabitləri ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.

Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.

Tədbirin sonunda general-polkovnik Zakir Həsənov “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları ilə görüşüb.

Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO