“Təkcə Rusiya deyil, Qərb və ABŞ da Ermənistanı aldatdı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
Zakaryan İrəvanın dost bildiyi ölkələrin erməni xalqına xəyanət etdiyini deyib:
“ABŞ dövlət katibinin müavini Yuri Kim ABŞ-ın ermənilərə qarşı “etnik təmizləmə”yə dözməyəcəyini dedi. Bəs sonra Vaşinqton nə isə etdimi? Təbii ki, yox. Ən etibarlı tərəfdaş hesab etdiyimiz Fransa belə Azərbaycana qarşı sanksiya tətbiq etmək istəmir. Onlar erməni xalqını aldadıb. Hakimiyyət isə sadəcə dözür, heç nə etmir. Çünki Ermənistan hakimiyyəti zəif, etibarsız və qorxaqdır. Rusiya, ABŞ, Fransa Ermənistanı aldadıblar. Ümumiyyətlə, bizim bir xalq kimi heç bir ölkəni tənqid etməyə haqqımız yoxdur. Yaxın gələcəkdə ölkəmiz üçün böyük fəlakət hazırlanır. Bizi dəhşətli son gözləyir”.
Ayşən Mustafa
Globalinfo.az