Yunan əsgərlərin sözləri türkləri qəzəbləndirdi: İzahat istənilir – VİDEO

752x395 ankaradan atinaya sert tepki resmi gecit toreninde kustah sloganlar 1742937925290

Yunanıstanın Müstəqillik Günü münasibəti ilə ordunun paradında əsgərlərin səsləndirdiyi şüarlar Türkiyədə birmənalı qarşılanmayıb. 

Globalinfo.az xəbər verir ki, əsgərlər “Kipr yunanındır” sözlərini deyib və Türkiyəyə ünvanlı təhqiramiz ifadə işlədiblər.

Onların Yunanıstan Dəniz Qüvvələrinin üzvləri olduğu çıxıb.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edərək sözügedən hərəkəti pisləyib. Bu addım iki ölkə arasında əlaqələrin pozulması üçün bir vasitə olaraq dəyərləndirilib. O cümlədən, rəsmi Afinadan izahat tələb edilib.

Əliyar Xəlil
Globalinfo.az