“Yüksəliş”də qeydiyyatdan keçənlərin sayı açıqlandı

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümündə qeydiyyatdan keçənlərin sayı 13 min nəfərə çatıb.

Globalinfo.az bildirir ki, yaşı 21-dən 51-ə qədər, ali təhsilli, Azərbaycan vətəndaşı və ən azı 2 illik idarəetmə təcrübəsi olan şəxslər müsabiqədə iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.

Qalib gələn 20 nəfər mentorlar tərəfindən 1 illik fərdi inkişaf planı, 20 000 AZN dəyərində pul mükafatı və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı əldə edir.