Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 230 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 69, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 949 197, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 404 248, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 879 046, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 400 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 630 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 310 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 159 nəfərdir.

Ölkədə son sutka ərzində 2 049, hazırkı dövrədək isə 7 526 899 test aparılıb.

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub