Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Son gündə Azərbaycanda koronavirus əleyhinə 223 vaksin vurulub.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 60, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 71, pozitiv nəticədən sonra “Buster doza” peyvənd olunanların sayı isə 13 nəfərdir.

Bu günədək vurulan peyvəndlərin ümumi sayı 13 948 555-dir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycanda koronavirusa 15 yeni yoluxma qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10116 nəfər vəfat edib.

Aktiv xəstə sayı 147 nəfərdir.

Son gün ərzində 1 261, bu günədək isə 7 521 187 test aparılıb.

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib