Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 147 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 957 780, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 251, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 360, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 038 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 531 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 851nəfər müalicə olunaraq sağalıb, 10 199 nəfər vəfat edib, aktiv xəstə sayı 481 nəfərdir.

Ölkədə son sutka ərzində 1 548, hazırkı dövrədək isə 7 572 070 test aparılıb.

Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib