Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 204 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 957 633, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 326, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 034 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 755 nəfər müalicə olunaraq sağalıb, 10 198 nəfər vəfat edib, aktiv xəstə sayı 470 nəfərdir.

Ölkədə son sutka ərzində 1 463, hazırkı dövrədək isə 7 570 522 test aparılıb.

Azərbaycanda daha 56 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib