Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 176 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 44, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 957 314, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 193, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 024 nəfər təşkil edir.
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19-dan 1 ölüm halı qeydə alınıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 608 nəfər müalicə olunaraq sağalıb, 10 197 nəfər vəfat edib, aktiv xəstə sayı 496 nəfərdir.

Ölkədə son sutka ərzində 1 035, hazırkı dövrədək isə 7 567 527 test aparılıb.

Azərbaycanda daha 71 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib