Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 6 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.

Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb.

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub, 6 nəfər ölüb

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 953 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 794, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 715, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 874 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb