Yeni sosial şəbəkənin istifadəçi sayı 70 milyonu ötdü

“Meta” tərəfindən hazırlanmış, “Twitter”ə alternativ olaraq yaradılmış “Threads” sosial şəbəkəsi 70 milyondan çox abunəçi toplayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məlumat verib.

O bildirilib ki, “Threads” istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin instaqram hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından təsirli olub.

Qeyd edək ki, “Twitter”in potensial rəqibi hesab edilən “Threads” “Instagram” sosial şəbəkəsinin bazasında fəaliyyət göstərir.