411834259 752030266256563 5048745972725937485 n

Yeni il gecəsi Fransada 745 avtomobil yandırılıb, müxtəlif cinayət tərkibli hadisələrlə əlaqədar saxlanılanların sayı isə 380 nəfəri keçib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.

Nazir qeyd edib ki, baş vermiş bütün qanun pozuntularına rəğmən, ötən gecə 2022-ci illə müqayisədə ümumilikdə daha sakit keçib.

J.Darmanen əlavə edib ki, iğtişaşların yatırılması zamanı 40-a yaxın hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb ki, bu da bir il əvvəlkindən 40 faiz azdır.

Paylaş: