Yəmən Qırmızı dənizdə Yunanıstan tankerinə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İrna” agentliyi məlumat yayıb.
Məlumata görə, Yəmən silahlı qüvvələri Qırmızı dənizdə Yunanıstana məxsus “Sounion” tankerinə hücumun videosunu yayıb.
“Əl-Məsirə” telekanalının məlumatına görə, Yəmən hərbçiləri yunan gəmisinə Fələstinin limanlarına giriş qadağasını pozduğu üçün hücum edib.
Qeyd edək ki, daha öncə Yəmən silahlı qüvvələri Qırmızı dənizdə İsraillə əməkdaşlıq edən bir şirkətə məxsus neft tankerinə hücum etdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az