Yekaterinburqda daha bir həmyerlimiz həbs edildi – FOTO

6860f0b212ff46860f0b212ff517511835386860f0b212ff26860f0b212ff3

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

***12:11

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

APA-nın Rusiya bürosu xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıb.

Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyulun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi “Kaspi” kafesinin sahibidir.