“Yeganə həll yolu…” – Fidan İsrail-İran gərginliyindən danışdı

 

hakan fidan

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Söhbət zamanı İsrail və İran arasındakı münaqişə, həmçinin bu gərginliyin mümkün qlobal və regional nəticələri müzakirə olunub”, – agentliyin mənbəsi bildirib.

Əlavə edilib ki, H.Fidan söhbət zamanı münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyəti ilə bağlı məsələni həll etməyin yeganə yolunun diplomatiya olduğunu vurğulayıb.

Türkiyəli nazirin sözlərinə görə, hazırkı vəziyyət narahatlıq doğurur.

Əliyar Xəlil
Globalinfo.az