7 ildir axtarışda olan FETÖ üzvü ələ keçirildi: Keçmiş polis rəisi Ankarada saxlanıldı – FOTO

Ankarada FETÖ üzvü olan polis rəisi Arif Oktay Eser 7 il axtarışdan sonra saxlanılıb.

Globalinfo.az xəbər verir ki, o, Ankara Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxta şəxsiyyət vəsiqəsi və pasportla ələ keçirilib.

Eserin üzərində və yaşadığı ünvanda aparılan axtarış zamanı 2 saxta şəxsiyyət vəsiqəsi və pasport, FETÖ-nün simvolu kimi tanınan bir ABŞ dolları, külli miqdarda xarici valyuta, çoxlu mobil telefon, notbuk və müxtəlif sənədlər olub.

Arif Oktay Eser həbs olunarkən rahat davranışlar sərgiləyib. “Boşuna cəhd edirsiniz, biz qayıdacağıq”, – deyə o, polis əməkdaşlarına bildirib.