Yarışaraq ölüm riski yaradan sürücü saxlanıldı – Anbaan video

Lənkəranda yarışan avtomobillərdən birinin sürücüsü saxlanılıb. 

Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında dərhal müvafiq araşdırma aparılıb:

“Nəqliyyat vasitələri müəyyən ediliblər. Sürücülərdən biri isə artıq saxlanılıb. Qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi təmin ediləcək. Nəqliyyat vasitələri Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində yarışıblar”.