Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib.

İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.