1780155248839 762309386

Yaponiya və Cənubi Koreya təxminən doqquz ildən sonra ilk dəfə olaraq gələn ay birgə dəniz axtarış və xilasetmə təlimlərini bərpa edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri An Qyu Bak Sinqapurda yapon həmkarı Şindziro Koidzumi ilə danışıqlar zamanı açıqlayıb.

“Cənubi Koreya Hərbi Dəniz Qüvvələri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin iştirak etdiyi bu humanitar təlimlər iyunun 7-də keçiriləcək”, – deyə o bildirib.

Qeyd olunur ki, təlimlər 2017-ci ildən bəri keçirilməyib.

Paylaş: