Yaponiyanın xarici işlər naziri Kamikava Yoko sabah Türkiyəyə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Səfərin iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlı olduğu və yapon nazirin sabah Türkiyədə olacağı bildirilib.
O, səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək.
“Görüşlər zamanı ikitərəfli münasibətlərimizin bütün aspektlərinin müzakirəsi, cari beynəlxalq və regional hadisələrə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – deyə Türkiyə XİN-in məlumatında deyilir.