
Türkiyənin Tokat şəhərində son üç gündə təxminən 5 min nəfər ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Tokat Valisi Abdullah Köklünün bildirdiyinə görə, hazırda 30 nəfər müalicəsini davam etdirir.
Şikayətlərin səbəbini müəyyənləşdirmək məqsədilə içməli sudan nümunələr götürülərək analiz üçün Ankaraya göndərilib.
“Problemin məhz içməli sudan qaynaqlandığını hələlik dəqiq deyə bilmərik. Səhiyyə Nazirliyinin apardığı laborator müayinələrin yekun rəyindən sonra məsələyə tam aydınlıq gələcək”, — deyə Abdullah Köklü vurğulayıb.