Tramp hC999dC999 900x506 3

Prezident Donald Tramp Moskva ilə Vaşinqton arasında Rusiyaya məxsus dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşmanın Amerika xalqına fayda verəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, Avropa ölkələrinin də Rusiyadan enerji resursları aldığını xatırladıb.

“Avropa İttifaqı Rusiyaya enerji daşıyıcılarına görə 250 milyard dollar ödəyib, lakin saxta xəbərlər yayan media bu məsələyə diqqət yetirmək istəmir. Mən Amerika xalqının maraqları naminə düzgün qərar vermişəm. Amerika həmişə hər şeydən öndədir!” – deyə Tramp qeyd edib.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyadan ABŞ-a dizel yanacağının tədarükü ilə bağlı razılaşmanı tənqid edən Avropa ölkələrini ikili standartlarda günahlandırıb.

“Avropa ölkələri bu münaqişə başlayandan bəri Ukraynaya ayırdıqlarından daha çox vəsaiti Rusiyaya ödəyiblər. Çünki onlar Rusiya enerji resursları olmadan keçinə bilmirlər”, – deyə Bessent vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: