orig 3

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərazilərdə suyun verilişi dayandırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 12-si gecə saatlarından oktyabrın 13-ü gün ərzində paytaxtın Səbail rayonunun bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.

Paylaş: