Türkiyənin “Trabzonspor” basketbol komandasının baş məşqçisi Selçuk Ernak Azərbaycandan təklif alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində 56 yaşlı mütəxəssis özü məlumat verib.

“Bir neçə il öncə Azərbaycandan bəzi klublar mənim xidmətimdə maraqlı idi. Lakin həmin dövrdə başqa komandada çalışdığım üçün təkliflərə müsbət yanaşmadım”, – deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, “Trabzonspor” FIBA Çempionlar Liqasında “Sabah” komandasının rəqiblərindən biridir.

Paylaş: