2022 06 14 14 27 35GnwJSH1z2r3LmUZIwtlr file

2026-2027-ci tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə sayı məlum olub.

Globalinfo.az “AzEdu.az”a istinadən xəbər verir ki, onlardan 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir:

“Azərbaycan Tibb Universiteti – 25 nəfər

ADA Universiteti – 18 nəfər

Bakı Dövlət Universiteti – 15 nəfər

UNEC – 5 nəfər

Dövlət İdarəçilik Akademiyası – 2 nəfər”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.

Paylaş: