Böyük Britaniya hakimiyyəti Feyrford aviabazası yaxınlığında baş verdiyi ehtimal olunan sui-qəsd planından sonra İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Ed Milibendin sözlərinə görə, ölkə öz ərazisində təhlükəsizlik təhdidlərinə dözməyəcək.
Baş nazir Endi Börnham isə planın İranda əlaqələndirildiyini və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təşkil olunduğunu bildirib.
Britaniya hökuməti artıq iki İran vətəndaşına qarşı sanksiyalar elan edib. Məhdudiyyətlər SEPAH-ın əks-kəşfiyyat əməliyyatlarına rəhbərlik edən Ruhullah Bazqandi və Britaniya tərəfinin Zindəşti şəbəkəsinin vasitəçisi hesab etdiyi Şəhram Əli Rza Təmarzadə Cakiyə şamil olunub.
Sanksiyalar onların aktivlərinin dondurulmasını, Böyük Britaniyaya girişinə və ölkədə şirkət idarə etməsinə qadağa qoyulmasını nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın sonunda Feyrford aviabazası yaxınlığında ehtimal olunan sui-qəsd planı ilə əlaqədar beş nəfər saxlanılıb. Onlar terror xarakterli cinayətlər törətməkdə şübhəli bilinirlər.
Əliyar Xəlil