original e81297b982e6b621a222fc56576ad9a2 scaled

Gürcüstan Azərbaycandan elektrik enerjisini əvvəlkindən daha ucuz qiymətə alır.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, aparılan danışıqlar nəticəsində elektrik enerjisinin vasitəçi şirkət olmadan idxalına nail olunub. Bu dəyişiklik əvvəlki qiymətlə müqayisədə məbləğin 0,02 sent azalmasına imkan verib.

Kobaxidze qeyd edib ki, əldə olunan qənaət elektrik enerjisi sisteminin təkmilləşdirilməsinə və elektrikötürücü xətlərin gücləndirilməsinə yönəldiləcək.

 

Paylaş: