Xocalıda aşkarlanan raket tuşlama stansiyası “Hərbi Qənimətlər Parkı”nda – FOTOLAR

Xocalı rayonu ərazisində aşkar olunan “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası, iki ədəd “2P24” buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə 15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkında təşkil edilən mediatur zamanı məlumat verilib.

Mediatur zamanı iştirakçılar Xocalı rayonunda aşkar olunan Ermənistan silahlı qüvvələrinə məxsus “2K11 Kruq” zenit-raket kompleksi ilə tanış olublar.

Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.

Vətən Müharibəsi iştirakçısı mayor Əsgər Məmmədov sözügedən texnikaların zenit raket kompleksinin tərkib hissələrindən biri olduğunu deyib.

“Ordumuz bunları anti-terror əməliyyatları zamanı Xocalı rayonunda ələ keçirib. Bu iki element “2K11 Kruq” zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir”.

Vətən müharibəsi iştirakçısı, mayor Şükürov Tural isə bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi “2K11 Kruq” zenit-raket kompleksinə baxış keçirən zaman işlək vəziyyətdə olub.

“Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumundan vasitələrimizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır”.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirmişdir.

“Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir”, – deyə, hərbi ekspert bildirib.

Xocalıda aşkar olunan raket tuşlama stansiyası və buraxıcı qurğular “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib - FOTO

Xocalıda aşkar olunan raket tuşlama stansiyası və buraxıcı qurğular “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib - FOTO Xocalıda aşkar olunan raket tuşlama stansiyası və buraxıcı qurğular “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib - FOTO Xocalıda aşkar olunan raket tuşlama stansiyası və buraxıcı qurğular “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib - FOTO Xocalıda aşkar olunan raket tuşlama stansiyası və buraxıcı qurğular “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib - FOTO