
Almaniya-Macarıstan matçı sona çatıb.
Almaniya 2:0 hesabla növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiya yığmasına da qalib gəlmişdi – 5:1.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçında ikinci qol vurulub.
Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib – 2:0.
İlkay Gündoğan adını tabloya yazdırıb.
Qarşılaşma davam edir.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçında ikinci hissə start götürüb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçında ilk hissə yekunlaşıb.
“Bundestim” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçında hesab açılıb.
Ştutqart şəhərində davam edən matçda Bundestim hesabı açıb.
23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.
***
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.
Globalinfo.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Almaniya millisi AÇ-2024-ün qrup mərhələsində ikinci matçına çıxacaq.
Globalinfo.az xəbər verir ki, meydan sahibləri Macarıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti 20:00-da veriləcək.
AÇ-2024, ikinci tur
Almaniya – Macarıstan 20:00