Fransada keçirilən “Eurosatory 2024” müdafiə sərgisində Ukrayna “Bulava” pilotsuz uçuş aparatını təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Defence Express” nəşri məlumat yayıb.
Yeni pilotsuz təyyarənin ümumi çəkisi 11 kq, döyüş başlığının çəkisi 3,6 kq-dır. Bulava 100 km/saat sürətə çata və havada 50 dəqiqədən çox qala bilir. Pilotsuz təyyarənin qanadları təxminən 1,6 m, gövdə uzunluğu isə təxminən 1,5 m-dir.
Sözügedən uçuş aparatı həm gecə, həm də gündüz fəaliyyət göstərə bilir. Hədəfləri avtomatik aşkarlamağa, blok etməyə və izləməyə imkan verən “görmə” texnologiyası ilə təchiz edilib. “Bulava” həm operatorun seçdiyi hədəfə, həm də müəyyən edilmiş koordinatlara zərbə vura bilər.

Safura Bənnayeva
Globalinfo.az