
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ölkəyə səfəri zamanı iki ov iti hədiyyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Hədiyyə olunan itlərin pungsan cinsinə aid olduğu qeyd olunub.
KCNA Kim və Putinin qızılgül bağçasında gəzərkən səmimi söhbət etdiklərini və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da gücləndirilməsi, eləcə də ortaq münasibətləri qorumaq üçün vacib planların müzakirə edildiyini bildirib.
Xatırladaq ki, az əvvəl Putin Kim Çen Inın səfərindən sonra ona ölkənin yerli istehsalı olan “Aurus” markalı avtomobil hədiyyə etmişdi.
Məlumat üçün bildirək ki, V.Putin iyunun 18-19-da Şimali Koreyada səfərdə olub. Səfər çərçivəsində Rusiya və Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Əliyar Xəlil
Globalinfo.az

