Xocalı qatilindən erməni parlamentində gözlənilməz addım

Ermənistan müxalifətində parçalanma başlayıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Məlumata görə, xüsusilə Robert Köçəryanın Ermənistan Bloku ilə Serj Sərkisyanın Şərəf Duyuram Bloku Paşinyana qarşı birgə mübarizə anlayışını qəbul etmirlər.

Qəzet yazır ki, uzun müddətdən sonra Köçəryanın komandası Paşinyanın parlament çıxışlarını boykot qərarını imtina edərək, parlamentə gəlib:

“Mənbələrimiz deyir ki, bu qarşıdurmaya Robert Köçəryanla Serj Sərkisyanın münasibətləri kontekstində baxmaq lazımdır. Son günlər Sərkisyanın tərəfdarları bəyan edirlər ki, Köçəryanın hakimiyyəti dəyişmək uğrunda apardığı mübarizə uğursuzluğa düçar olub və o, indi yerini Serj Sərkisyana ötürməlidir”.

İlkin Həsənov
Globalinfo.az