Xocalı qatili həbs oluna bilər

Ermənistan parlamenti keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin qapalı səsverməsində qərar çıxarılıb.

Qeyd edək ki, Seyran Ohanyana qarşı cinayət işinin açılması Ermənistanda 15 hərbçinin ölümü ilə nəticələnən yanğından sonra gündəmə gəlib. Ohanyan həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, böyük xərcləmələr həyata keçirməkdə ittiham edilir.