Almatı danışıqları nə vaxt keçiriləcək?

 

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib. Çünki İrəvan bu təklifə hələ cavab verməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev məlumat verib.

“Görüşün tarixi hələ müəyyən edilməyib. Çünki iştirakçıların heç də hamısı cavab verməyib. Ermənistan hələ ki, görüşlə bağlı mövqeyini açıqlamasa da, biz bu danışıqların baş tutacağını gözləyirik”, – Bakaev bildirib.

Qeyd edək ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almatıda danışıqlar planlaşdırıldığını açıqlayıb və Qazaxıstan tərəfinin hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxladığını bildirib. O əlavə edib ki, danışıqların yalnız iki tərəf arasında aparılması nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az