Xırdalanda kütləvi dava: araşdırma aparılır – VİDEO

Xırdalan şəhərində kütləvi dava qeydə alınıb.

Globalinfo.az bildirir ki, bu barədə görüntülər baku.vs-in “qaynar xətti”nə daxil olub.

Məlumata görə, kütləvi dava bir neçə gün öncə Abşeron Gənclər Şəhərciyinin qarşısında yaşanıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  saytımıza bildirilib ki, görüntülərdən xəbərdardırlar. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.