Xırdalanda ev yanır – YENİLƏNİB/VİDEO

yanginsondur%C9%99n2

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əraziyə operativ şəkildə müdaxilə olunur və alovun genişlənməsinin qarşısının alınması üçün işlər davam etdirilir.