Bayramov və Mirzoyanın görüş yeri məlum oldu

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.

Globalinfo.az bildirir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.

“Görüş haqqında razılaşma Münhendə üçtərəfli görüş zamanı əldə edilib”, – o deyib.