XİN-in kollegiya üzvlərinin sayı artırıldı

Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb.

Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb. Belə ki, Nazirliyin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib.