Xəstəxanadan çıxan Xalq artisti danışdı

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Qaynarinfo”ya onun özü məlumat verib. Tarzən hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Müalicəm ev şəraitində davam edir. Həkimlər vəziyyətimin yaxşı olduğunu dedilər. Mənimlə bağlı narahat olan hər kəsə təşəkkür edirəm, evimdəyəm”.

Qeyd edək ki, ötən həftə Xalq artisti Ağasəlim Abdullayevin səhhətində problem yaranıb və Yeni Klinikaya yerləşdirilib.