Xeqer baş nazir vəzifəsindən gedir – Yerinə o gələcək

Lyudovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.

Globalinfo.az “APA”ya istinadən verdiyi xəbərə görə, bunu bu gün keçirilən brifinqdə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.

Zuzana Çaputova deyib ki, Milli Bank sədrinin müavini Lyudovit Odor yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, bu gün Eduard Xeqer baş nazir vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib. Qanunvericiliyə görə, Baş nazirlə bərabər Nazirlər Kabinetinin bütün üzvləri istefa verməlidir.