Küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 30-u gündüzdən oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq verilib.
Gəncə, Daşkəsən, Naftalan və Goranboyda “narıncı” xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin digər bölgələrində isə “sarı” xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.