Qadın ölümü ilə bağlı inanılmaz versiya – Gözəgörünməz “qatil” peyda olub?

qadin meyiti

Son günlər mediada yayılan xəbərlərə görə, yaxın illərdə atmosferdə tozun həddindən artıq çox miqdarda olacağı gözlənir. Bu da paralel olaraq bir çox problemləri özü ilə gətirəcək. Belə ki, tozlu hava səbəbindən insan, xüsusən qadın ölümünün çoxalacağı iddia edilir.

Doğrudanmı tozlanma baş verəcək və ölüm sayı artacaq?

Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, yağıntılı dövr başlayırsa, atmosferdə toz çox olmayacaq:

“2-3 gün yağış yağdıqdan sonra hava şəffaf, ağaclar təmiz oldu. Tozun çox olacağı ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir. Statistikaya görə, dünyada evdar qadınların ölüm hallarının artması tozun çoxluğundan qaynaqlanmır. Daha çox dəm qazından zəhərlənmədən baş verir. Qaz yanarkən azot dioksidin yanması nəticəsində havada problem yaranır, daha çox evdə vaxt keçirəm qadınlar da onunla nəfəs alır. Avropada belə problemlər var və bu səbəb ağılabatandır”.

Ə.Əliyevin sözlərinə görə, tozlanmanın ölümcül hal yaradacağı ilə bağlı məlumatlar reallığa uyğun deyil:

“Heç bir təhlükəsi olmayan tozlar var. Atmosferdəki havada asılqan vəziyyətdə qalaraq havanı istiləşdirən tozlar təhlükə yarada bilər. Bu da ildə 1-2 dəfə olur. Yağıntılı dövrün başlayacağı gözlənilir. Nəticədə hava təmizlənəcək”.

Safura Bənnayeva
Globalinfo.az